EN

ƏTİ tədbir keçirdi

Əlil Təşkilatları İttifaqı Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Agentliyinin maliyyə dəstəyi ilə “Yaşıl Dünya Naminə İnklüzivlik” layihəsini həyata keçirir. Əsas məqsəd əlillik mövzusunun COP gündəliyinə salınması və əlilliyi olan şəxslərin COP-larda iştirakının təmin olunmasını təşviq etməkdir. Layihə üzrə beynəlxalq partnyor təşkilat Ərəb Ölkələri Əlilliyi olan Şəxslərin Təşkilatları Birliyidir. 

Layihənin fəaliyyət planı çərçivəsində Ərəb Ölkələri Əlilliyi olan Şəxslərin Təşkilatları Birliyi, Avropa Əlillik Forumu, Beynəlxalq Əlillik  Alyansı, Orta Asiya ölkələrinin əlilliyi olan şəxslərin təşkilatları və Azərbaycan Əlil Təşkilatları İttifaqının üzvlərindən ibarət Koalisiya yaradılmışdır. Bu şəbəkənin müntəzəm görüşləri keçirilir. Qeyd olunan təşkilatların nümayəndələri üçün “İqlim dəyişmələrinin əlilliyə təsiri, əlilliyi olan şəxslərin və onların təşkilatlarının COP-larda iştirakçılığı” mövzusunda 2 günlük beynəlxalq təlim keçirilmişdir. 

7 noyabr 2024-cü il tarixdə “COP tədbirlərində əlillik ilə bağlı problemlərin daxil edilməsi və əlilliyi olan şəxslərin, onların təşkilatlarının COP tədbirlərində daha geniş şəkildə iştirakının təşviqi üçün milli və beynəlxalq təşəbbüslər” adlı dəyirmi masa keçirilmişdir. Tədbiri giriş sözü ilə Əlil Təşkilatları İttifaqının sədri Davud RƏHİMLİ açaraq 8noyabr Zəfər günü münasibəti ilə təbriklərini çatdırmış, şəhidlərin ruhu yad olunmuşdur. Sonra layihə və iqlim dəyişməsinin yaratdığı fəasdlar, onların əlilliyə təsiri barədə təqdimat etmişdir.

Tədbirdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Qarabağ Dirkəliş Fondu, Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman), Hüquq və İnsan Hüquqları İnstitutu, Sosial Tədqiqatlar Mərkəzinin, QHT nümayəndələri gündlikdə duran məsələ ilə əlaqədar çıxış etdilər və təkliflərini verdilər.

Növbəti tədbir 20 noyabr tarixində COP29-da Yaşıl zonada milli və beynəlxalq təşkilatların nümayəndələrinin iştirakı ilə keçiriləcəkdir.

 

Əlil Təşkilatları İttifaqı 

IMG_0969.JPG

IMG_0976.JPG

IMG_1007.JPG

Chosen
48
ednews.net

1Sources