İki nəfər arasında mübahisə onlardan birinin bıçaqlanması ilə nəticələnib.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, hadisə rayonun İlisu kəndi ərazisində qeydə alınıb.
Belə ki, kənd sakini 21 yaşlı Yusif Danyel qarın boşluğunun kəsilmiş-deşilmiş daxilə nüfuz edən bıçaq yarası xəsarətləri ilə Qax Rayon Mərkəzi Xəstəxanasına daxil olub və həkim nəzarətinə götürülüb.
Müayinələrdən sonra zərərçəkmiş cərrahiyyə əməliyyatı olunub. Həkimlər onun vəziyyətini orta-ağır qiymətləndirir.
Baş vermis bıçaqlanma hadisəsi ilə bağlı DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, polis əməkdaşları tərəfindən əməli törətməkdə şübhəli bilinən yeniyetmə artıq saxlanılıb.
Müvafiq ekspertiza təyin olunub, rayon polis şöbəsində araşdırmalar davam etdirilir.
Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu