O, ölkələri ədalətli və səmərəli karbon bazarları qurmağa, yerli icmaların hüquqlarına hörmət etməyə və yaşıl yuyulma (greenwashing) ilə mübarizə aparmağa çağırıb. Hazırda bərpa olunan enerji mənbələrinin qlobal enerji bazarında ən ucuz mənbələrə çevrilib.
BMT Baş katibi üç prioritetə diqqət çəkib: 1) Emissiyaların 2030-cu ilə qədər 43% azaldılması, 2) Qlobal qalıq yanacaq istehsalının 30% azaldılması və bərpa olunan enerji mənbələrinin gücünün artırılması, 3) Maliyyələşdirmə sahəsində təcili tədbirlərin görülməsi.
O, inkişaf etmiş ölkələrin inkişaf etməkdə olan ölkələrə dəstək verməsini və iqlim maliyyələşdirməsinin vacib olduğunu vurğulayıb.
Quterreş qeyd edib ki, iqlim maliyyəsi xeyriyyəçilik deyil, bir investisiyadır və bu sahəyə investisiya edilməsə, bəşəriyyət ağır nəticələrlə üzləşəcək.