Rusiyanın Omsk vilayətində metro satılır.
News365.az Rusiya KİV-ə istinadla xəbər verir ki, şəhərə məxsus və cəmi bir stansiyadan ibarət tikintisi yarımçıq qalmış metro satılacaq. Vilayət rəhbərliyi bu layihəni 2024-2026-cı illər arasında “özəlləşdiriləcək aktivlər” siyahısına daxil edən fərman imzalayıb.
Tikintinin sahəsi 17 min 900 kvadratmetrdir. Metro 249,4 milyon rubl (təxminən 4.4 milyon AZN) dəyərində qiymətləndirilir.
Metro tikintisinə 1992-ci ildə başlanılıb. Açılışı 5 dəfə təxirə salınan metronun tikintisi 2019-cu ildə dayandırılıb.