EN

Amorimin MY rəhbərliyindən nə tələb etdiyi açıqlandı - O, yeni sxemdən istifadə edəcək

"Mançester Yunayted"in yeni baş məşqçisi Ruben Amorim dünən kluba qoşulub.

Fanat.Az xəbər verir ki, tanınmış insayder Fabritsio Romano sosial şəbəkə hesablarında onun MY-nin bazasında rəhbərliyi təmsil edən Omar Berrada, Den Eşuort və Ceyson Uilkoksla görüşdüyünü açıqlayıb.

Xəbərə görə, Amorimin ilk tələbi belə olub: "Biz heyətə çox intensiv oynaya bilən futbolçular cəlb etməliyik". Mənbə sözügedən çalışdırıcının oyun modelini dəyişməyi vacib saydığını və üç mərkəz müdafiəçisi ilə mübarizə aparacağını diqqətə çatdırıb.

Xatırladaq ki, Amorim İngiltərə nəhənginə "Sportinq"dən gəlib. O, Lissabon təmsilçisi ilə ötən mövsüm Portuqaliya çempionluğunu bayram edib.

Nihat

Chosen
28
fanat.az

1Sources