EN

Türk Mədəniyyəti və İrsi Fondunun nəşr etdiyi kitabın təqdimat mərasimi - FOTOLAR

Qırğızıstanda Alıkul Osmonov adına Milli Kitabxanada görkəmli qırğız şairi Alıkul Osmonovun Türk Mədəniyyəti və İrsi Fondunun Qırğız və Azərbaycan dillərində nəşr olunan "Zamandan zamana" kitabının təqdimatı keçirilib. SİA xəbər verir ki, tədbirdə Qırğızıstanın Mədəniyyət, İnformasiya, İdman və gənclər siyasəti nazirinin müavini Gülbara Abdıkalıkova, Azərbaycanın Qırğız Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Lətif Qəndilov, TÜRKSOY-un baş katibi Sultan Rayev, həmçinin görkəmli yazıçılar, mədəniyyət xadimləri və beynəlxalq təşkilatların nümayəndələri iştirak ediblər.

Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova bildirib ki, Alıkul Osmonovun "Zamandan zamana" kitabı "Türk dünyasının ədəbi inciləri" seriyasından işıq üzü görən ilk kitabdır:

"Türk Mədəniyyəti və İrsi Fondu "Türk dünyasının görkəmli şəxsiyyətləri", "Türk dünyasının ədəbi inciləri", "Türk dünyasının elmi inciləri" adlı 3 kitab seriyası təsis edib. Alıkul Osmonovun "Zamandan zamana" kitabı "Türk dünyasının ədəbi inciləri" seriyasından işıq üzü görən ilk kitabdır və kitabın tərcüməçisi tanınmış Azərbaycan yazıçısı Adil Cəmil olub".

A.Raimkulova qonaqlara Bişkekdə yerləşən Alıkul Osmonovun ev-muzeyinin yenidən qurulması və muzeyləşdirilməsi barədə də məlumat verib:

"Bildiyiniz kimi, Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Astana Sammitinin Bəyannaməsinin direktivlərinə əməl edərək, Fond tərəfindən Alıkul Osmonovun ev-muzeyinin yenidən qurulması və muzeyləşdirilməsi başa çatdırılıb. Ev muzeyinin bərpası və müasir avadanlıqlarla təchiz edilməsi nəticəsində ziyarətçilər görkəmli qırğız şairi Alıkul Osmonovun yaşadığı dövrün ab-havasını özündə əks etdirən mədəni mühitlə tanış ola biləcəklər".

Chosen
11
4
sesqazeti.az

5Sources