EN

Bu, Ermənistan üçün itirilmiş fürsətdir - Bayramov

Azərbaycan COP29-un inklüzivliyini təmin etmək üçün konvensiyaya üzv tərəflərə olduğu kimi, o cümlədən Ermənistana da dəvət göndərib.

Turkustan.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında xarici işlər naziri Ceyhun Bayramov deyib.

Onun sözlərinə görə, Ermənistan tərəfindən də konfransda iştirakla bağlı bir neçə nümayəndənin qeydiyyatdan keçməsinə baxmayaraq, onların COP29-da iştirakını müşahidə edilməyib:

"Hesab edirik ki, bu da onlar üçün itirilmiş bir fürsətdir"./axar.az

Chosen
15
41
turkustan.az

10Sources