EN

"Bitcoin" 100 min dollara doğru inamla irəliləyir - Ən son proqnozlar

Lider kriptovalyuta olan "Bitcoin" ("BTC"), son dövrdə dayanmadan yüksələrək 89.000 dollar həddini aşaraq yeni rekorda imza atıb.

Valyuta.az xəbər verir ki, "Bitcoin"dəki bu yüksəliş, investorların ralli gözləntilərini daha da artıraraq 100 min dolları kritik hədəf kimi önə çıxarıb.

Buna əsasən, populyar proqnoz platforması "Polymarket"də Bitcoin-in ilin sonuna qədər 100.000 dolları aşma ehtimalı tarixi maksimumdan sonra 65%-ə yüksəlib.

"Polymarket"dən başqa, digər bir proqnoz platforması olan "Kalshi"də də "Bitcoin"in 2024-cü ilin sonuna qədər 100 min dollara çatma ehtimalı 64% olaraq təxmin edilir.

"Kalshi"nin məlumatlarına əsasən, "Bitcoin"in 2024-cü ilin dekabrından əvvəl 100 min dollara çatma ehtimalı 45%, yanvar ayından əvvəl isə bu həddə çatma ehtimalı 64% olaraq dəyərləndirilir.

Rəhim

Chosen
37
valyuta.az

1Sources