EN

Azərbaycanda keçiriləcək Dünya Kubokunda 300-dək xizəkçi iştirak edəcək

Gələn ilin yanvar ayında “Şahdağ” Turizm Mərkəzində keçiriləcək xizək alpinizmi üzrə Dünya Kubokunda 30-a yaxın ölkədən 300-dək idmançı iştirak edəcək.

Bu barədə AZƏRTAC-a Azərbaycan Qış İdman Növləri Federasiyasının baş katibi Günel Bədəlova məlumat verib.

Baş katib bildirib ki, Dünya Kubokunda sprint ( 10 yanvar), vertikal (11 yanvar) və individual (13 yanvar) növlərdə yarışlar keçiriləcək.

Qeyd edək ki, Dünya Kuboku yanvarın 10-13-də təşkil olunacaq.

Chosen
32
2
xalqqazeti.az

3Sources