EN

Batuhan Karadeniz haqqında həbs qərarı çıxarılıb

"Beşiktaş" klubunun sabiq futbolçusu Batuhan Karadeniz qanunsuz mərc oyunları səbəbindən polis tərəfindən axtarışa verilib.

Oxu.Az xəbər verir ki, qeyri-qanuni mərc reklamı iddiaları ilə gündəmə gələn keçmiş futbolçu Batuhan Karadeniz haqqında həbs qərarı çıxarılıb.

Lakin o, xaricdə olduğu üçün hələ də həbs olunmayıb.

Qeyd edək ki, Batuhan Karadeniz futbolçu karyerasını 2022-ci ilin oktyabrında başa vurub.

Mənbə: oxu.az

Chosen
56
oxu.az

1Sources