EN

Qəzzanın qarşısına savaş gəmiləri düzüblər - Qurtulmuş

Qəzzanın

Dünənki imperialistlər sadəcə ad və keyfiyyət dəyişdirərək, yenə regiona gəlib, kiçik bir torpaq parçası olan Qəzzanın qarşısına təyyarə və savaş gəmiləri düzüblər.

Xalqcebhesi.az xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Qurtulmuş deyib.

O, İsrailin BMT-yə üzvlüyünün dayandırılmalı olduğunu bildirib:

“Dünyanın ən qabaqcıl silahlarından istifadə edərək, xalqı soyqırıma məruz qoyurlar. Bu soyqırımı icra edənlər təkcə İsrailin Baş naziri Netanyahu və komandası deyil. Silahlarıyla, ordularıyla bu soyqırımı dəstəkləyənlər dünənki imperialistlərlə birəbir eyni mahiyyət daşıyır. Netanyahu və dəstəsi BMT qətnamələrinə əməl edənə, Beynəlxalq Ədalət Məhkəməsinin qərarlarını yerinə yetirənə qədər İsrailin BMT-yə üzvlüyü dayandırılmalıdır. Bu fikri müzakirə etməyin vaxtı çatıb”.

Chosen
31
1
xalqcebhesi.az

10Sources