EN

Ukrayna Rusiya ilə danışıqlardan əvvəl mövqeyini gücləndirməyə çalışır - "Reuters"

ABŞ prezidenti Donald Tramp vəzifəyə başlamazdan əvvəl Ukrayna Rusiya ilə danışıqlarda ən sərfəli mövqe tutmağı planlaşdırır.

Qaynarinfo xəbər verir ki, bu barədə "Reuters" yüksək vəzifəli ukraynalı məmura istinadən yazıb. 

Mənbənin sözlərinə görə, Ukrayna qarşıdakı 4-5 ayı münaqişənin gedişi üçün həlledici hesab edir.

"İndi biz danışıqlarda hər iki tərəfin mövqelərini, başlanğıc mövqelərini müəyyənləşdirəcəyik", deyə agentliyin adını açıqlamayan həmsöhbəti bildirib. 

Eyni zamanda o qeyd edib ki, Donald Trampın qələbəsindən sonra Ukraynanın NATO-ya daxil olması "daha ​​az ehtimal" olub, eyni zamanda hərbi yardımın azaldılması riski xeyli artıb. Bununla bağlı Ukrayna hakimiyyəti 2025-ci il yanvarın 20-də Donald Trampın andiçmə mərasiminə qədər Co Bayden administrasiyasından kömək ümid edir.

Donald Tramp dəfələrlə Rusiya və Ukraynanı sülh danışıqlarını bərpa etməyə məcbur edəcəyinə söz verib. Noyabrın 7-də, prezident seçkilərində qalib gəldikdən iki gün sonra respublikaçı Ukrayna prezidenti Volodimir Zelenskiyə zəng vurub, bundan sonra Ukrayna Xarici İşlər Nazirliyi onların görüşünə hazır olduqlarını bildirib. Qərb mediası Donald Trampın Rusiya prezidenti Vladimir Putinlə də danışdığını iddia etsə də, Kreml bu məlumatı uydurma adlandırıb.

Aydın


Chosen
31
50
qaynarinfo.az

10Sources