EN

Ərdoğan: "İsrail Qəzzada ekoloji fəlakət törədir"

"İsrail Qəzzada ekoloji fəlakət törədir".
Bunu prezident Rəcəb Tayyib Ərdoğan Bakıda keçirilən COP29-un açılış mərasimindəki çıxışı zamanı söyləyib

"Gələcək nəsillər üçün ədalətli, dayanıqlı və təbiətə hörmət edən bir dünya qurmaq üçün biz Birləşmiş Millətlər Təşkilatının 79-cu Baş Assambleyasında "Gələcək paktı"nı qəbul etdik. Bu gün biz gələcək nəsillərə daha ədalətli bir dünya buraxmaqdan danışarkən İsrailin Fələstin və Livanı hədəf alan  hüquq, əxlaq və vicdanlara sığmayan hücumları davam edir. Mövcud hökumət təəssüf ki, uşaqları, qadınları və qocaları qətl etməyə və böyük ekoloji təxribata səbəb olmağa davam edir.

İsrailin hücumları nəticəsində torpağa və qrunt sularına sızan kimyəvi maddələr artıq qəzzalı uşaqların gələcəyinə kölgə salıb. Biz hesab edirik ki, bu ağır humanitar və ekoloji fəlakəti törədənlər beynəlxalq məhkəmələr qarşısında cavab verməlidirlər.

2026-cı ildə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransına ev sahibliyi etmək üçün namizədliyimizi elan etmişik və namizədliyimizi dəstəkləyən ölkələrə təşəkkür edirik.

"Sıfır tullantı" layihəsi iqlim dəyişikliyi ilə mübarizəmizi gücləndirir. Layihənin başlanğıcından bu yana 5,9 milyon ton istixana qazı emissiyasının qarşısını almışıq", -deyə dövlət başçısı vurğulayıb.



Chosen
23
trt.net.tr

1Sources