EN

ABŞ prezidentinin müşaviri: Neft-qaz sənayesində emissiyalara görə vergi tətbiq edəcəyik

ABŞ neft-qaz sənayesində emissiyalara görə vergini təsdiqləyib.

APA-Economics” xəbər verir ki, bunu ABŞ prezidentinin beynəlxalq iqlim siyasəti üzrə baş müşaviri Con Podesta Metan və qeyri-karbon istixana qazları həsr olunmuş COP29 Sammitində çıxışı zamanı deyib.

“Birləşmiş Ştatlar 2050-ci ildən gec olmayaraq bütün istixana qazlarının xalis sıfır emissiyasına nail olmaq məqsədinə sadiq qalır və biz ümid edirik ki, digər ölkələr də son dörd il ərzində bütün istixana qazları üçün öz məqsədlərini təyin edərək bizim liderliyimizi izləyəcəklər. Birləşmiş Ştatlar ərazimizdə metan emissiyalarının və qeyri-qaz istixana qazlarının azaldılmasında əhəmiyyətli irəliləyişlər əldə edib”- Con Pedesta əlavə edib.

Chosen
55
apa.az

1Sources