EN

COP29-a həsr olunan konsert təqdim edildi

Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında Estrada-simfonik orkestrinin Bakıda keçirilən COP29-a həsr olunan konserti keçirilib.

Publika.az xəbər verir ki, konsertdə səsləndirilən parlaq estrada nümunələri, teatrın solistləri İlhamə Qasımova, Taleh Yahyayev, Rövşən Qəhrəmanov, Aynur İsgəndərli, Fəxri Kazım Nicat, Mədinə Kazımovanın ifaları tamaşaçılara unudulmaz anlar bəxş edib. Orkestrin səs zənginliyindən həzz alan qonaqlar həm klassik əsərləri, həm də müasir aranjimanları özündə birləşdirən bir proqram dinləyiblər. Gecədə estrada janrının enerjisi ilə tamaşaçıların xoş münasibəti ahəngdar, cəlbedici aura yaradıb.

Konsert proqramını yerli musiqisevərlərlə yanaşı, şəhərimizin qonağı olan turistlər də maraqla izləyiblər.

Chosen
18
2
publika.az

3Sources