BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Bakı Təşəbbüs Qrupunun (BTQ) təşkilatçılığı ilə "Sülh və yaşıl dünya naminə müstəmləkəçiliyə son!" adlı aksiya keçirilib.
Â
Senzor.az bildirir ki, aksiyada Fransanın müstəmləkəsində olan ada ölkələrin fəalları iştirak ediblər. Onlar bu aksiya ilə Fransaya mesaj göndərdiklərini bildiriblər.
Â
Qeyd edilib ki, Qvineya Cənubi Amerikada müstəmləkə altında olan yeganə ərazidir. Aksiya iştirakçıları ölkələrinin 2024-cü ildə Fransanın müstəmləkəsində olmasına etirazlarını bildiriblər. Fransanı müstəmləkə siyasətinə son qoymağa çağırıblar. Fransanın müstəmləkəçiliyi olan yerlərin BMT-nin dekolonizasiya edilməli ərazilər siyahısına salınması tələb edilib. Həmçinin, müstəmləkə altındakı ərazilər üçün iqlim dəyişikliyi sahəsində ədalət tələb olunub.
Â
Aksiya iştirakçıları "Sülh və yaşıl dünya naminə müstəmləkəçiliyə son", "Gecikən ədalət, inkar edilən ədalətdir", "Təhsili, fikirləri müstəmləkədən azad edək!", "Müstəmləkəçiliyə yox deyək!" kimi şüarlarla keçirilən dinc aksiyada etirazlarını ifadə ediblər.