EN

Almaniyada növbədənkənar parlament seçkiləri KEÇİRİLDİ

Almaniyada federal hökuməti formalaşdıran koalisiyanın dağılması ilə başlayan siyasi böhrandan sonra növbədənkənar parlament seçkilərinin tarixi barədə əsas siyasi partiyalar arasında razılıq əldə olunub.

Bizim.Media xəbər verir ki, bu barədə yerli jurnalistlərə dövlət başçısının nümayəndəsi məlumat verib.

Məlumata görə, növbədənkənar parlament seçkilərinin gələn il fevralın 23-də keçirilməsi barədə razılığa gəlinib. 
 

Qeyd edək ki, SPD-dən olan Kansler Olaf Şolts hökumətə etimad səsverməsinin dekabrın 16-da keçirilməsini planlaşdırır. Ölkə Konstitusiyasına əsasən Bundestaqda hökumətə etimad göstərilməsə, Prezident Konstitusiyaya əsasən 21 gün ərzində parlamentin buraxılması barədə qərar qəbul etməlidir. 


Parlamentin buraxılmasından sonra isə 60 gün ərzində növbədənkənar seçkilər keçirilməlidir.

Bizim.Media

Chosen
12
bizim.media

1Sources