EN

Qəzzada İsrail əsgərləri pusquya düşdü

HƏMAS-ın silahlı qanadı “İzzəddin əl-Qəssam Briqadaları” Qəzza zolağının şimalında İsrail əsgərlərini pusquya salıb. Metbuat.az xəbər verir ki, bu barədə “İzzəddin əl-Qəssam Briqadaları” açıqlama verib. Məlumata görə, Cibaliya bölgəsində 10 İsrail əsgəri pusquya salınıb. Əsgərlər arasında ölənlərin və yaralananların olduğu açıqlanıb. Bildirilir ki, 10 İsrail əsgərinin girdiyi ev böyük partlayıcı ilə partladılıb. Pusquda ölən əsgərlərin İsrail ordusunun öldüyünü elan etdiyi eyni əsgərlər olub-olmadığı hələlik məlum deyil.

Qeyd edək ki, İsrail ordusu Qəzza zolağının şimalında Fələstin müqavimət qrupları ilə toqquşmalar zamanı 4 əsgərin həlak olduğunu açıqlayıb.

Chosen
8
1
metbuat.az

2Sources