EN

Ekvadorda həbsxanada qiyam baş verib: Ölənlər var

Ekvadorun Quayakil şəhərindəki həbsxanada iğtişaşlar nəticəsində 10-a yaxın məhbus həlak olub, bir o qədər də yaralanıb.

hakimiyyet.az xəbər verir ki, bu barədə "Ecuavisa" telekanalı məlumat yayıb.

Qeyd olunur ki, "El Litoral" həbsxanasının yanında yerləşən evlərin sakinləri partlayış və atışma səsləri eşidiblər. Baş verənlərlə bağlı hələlik rəsmi məlumat yoxdur.

Xatırladaq ki, Ekvadorda son illər cinayətlərin sayı kəskin artıb. Ötən il iyul ayında səlahiyyətlilər eyni gündə baş verən bir neçə qiyamdan sonra ölkədəki bütün həbsxanalarda 60 günlük fövqəladə vəziyyət elan ediblər. Yanvarın 9-da ölkə prezidenti Daniel Noboa ölkədə daxili silahlı münaqişələrin qarşısının alınması haqda fərman imzalayıb və 22 cinayətkar qrupun zərərsizləşdirilməsinə göstəriş verib.

Chosen
31
3
hakimiyyet.az

4Sources