EN

Köynəklərini cırıb bayraq düzəltdilər, 250 nəfərlik ordu ilə döyüşdülər – İki türk əsgəri Avstraliyaya necə müharibə elan etmişdi – Tarix

Avstraliyanın qitələrdən və ölkələrdən uzaqda yerləşməsi onu dağıdıcı işğallardan və müharibələrdən başqa ölkələrə nisbətən kənarda saxlayıb. Qitənin yerliləri müstəmləkə zülmünə məruz qalsalar da, burada məskunlaşan gəlmələr özlərinə münbit şərait qura biliblər. Ölkənin hərb tarixi də özü kimi qəribəliklərlə zəngindir. Avstraliyanın rəsmi elan olunmuş ilk müharibəsi 2 türk əsgərinin elan etdiyi müharibədir.

Musavat.com Avstraliyanın ilk rəsmi müharibəsi haqqında maraqlı faktları təqdim edir.

1912-ci ildə ingilislər Hindistanı işğal edirlər. Osmanlı imperiyası hindlilərə kömək məqsədilə 350 əsgərdən ibarət qoşunu yarımadaya göndərir. Türk əsgərlərinin bəziləri çətin səyahətdə həyatlarını itirirlər. Sağ qalanlar isə qeyri-bərabər döyüşdə ingilislərə qalib gələ bilmir. Döyüşlərdə ingilislər təxminən 40 türk əsgərini əsir götürüb, dəniz səyahətlərində gəmilərdə işlədirlər. İngilis gəmiləri uzaq məsafələrə, bəzən də Avstraliyaya səfərlər təşkil edirlər. Belə səfərlərdən birində 2 türk əsir- Abdullah və Mehmet qaçıb azadlıqlarına qovuşa bilirlər.

Abdullah və Mehmet Hindistana göndərilməzdən öncə vətənləri Anadoluda peşə sahibləri idilər. Maraşlı Abdullah dondurmaçı, Mehmet isə qəssab idi. İki gənc yeni qitədə elə həmin peşələri ilə məşğul olmağa davam edirlər. İşləri tam qaydasında gedir, həm də maddi durumları yaxşılaşır. Lakin doğma vətənlərini əsla unutmurlar və mətbuat vasitəsi ilə Anadolu xəbərlərini izləyirlər. 

abc8b836-8065-4311-aebe-3cb6b9dfe41a.jpg

Çanaqqalanın mühasirəyə alınması xəbəri gəlib Avstraliyaya da çatır. Üstəlik, Avstraliya höküməti Çanaqqalanı işğal etmək üçün ingilis ordusuna kömək göndərmək qərarına gəlir. Bu xəbərdən hiddətlənən 2 türk əsgər dərhal ölkələrinə qayıtmağa qərar verirlər. Lakin yerli hökümət bunu mümkünsüz edir. Bu vəziyyətlə hec cür barışa bilməyən Abdullah və Mehmet məktub yazaraq rəsmən Avstraliyaya müharibə elan edirlər. Məktubda yazılmışdı: “Hörmətli Avstraliya rəsmiləri...Biz iki türk əsgəri sizin ölkədəyik. Eşitdik ki, dövlətiniz Avstraliya Osmanlıya müharibə elan edib və siz Çanaqqalaya əsgər göndərmisiniz. Bu səbəbdən biz iki türk əsgəri olaraq Avstraliya dövlətinə müharibə elan etmişik. Bu, “Osmanlı müharibəsi fərmanı”dır. Avstraliyaya elan".

Məktub rəsmilərə çatdılır, amma onlar bu məktuba əhəmiyyət vermirlər. Və bu, dolayısıyla tez bir zamanda unudulur.

2 nərərlik “ordu” isə artıq döyüş strategiyasını hazırlamışdı. Onlar Sidneydən təxminən 250 km uzaqda “Vayt Rok” adlanan yerdə xəndək qazıb mövqe tuturlar. Mehmet və Abdullah bu ərazini təsadüfən seçməmişdilər. Vətənləri Osmanlının işğalı, soydaşlarının şəhid olması üçün lazım olan silah və sursat vaqonları məhz bu ərazidən keçirdi. Dondurmaçı Abdullahın əynində ağ, qəssab Mehmetin isə qırmızı köynək var idi. Elə səngərdəcə köynəklərini kəsib dönəmin (1915) Osmanlı bayrağını tikirlər. Qırmızı və 3 hilallı şanlı bayraq onların döyüş bayrağı olur.
Mehmet və Abdullah qatar reyslərini sökərək 3 vaqonun aşmasına nail olurlar. Üçüncü vaqondan xeyli sihal- sursat ələ keçirirlər. Bəlkə də o silahlar neçə Çanaqqala igidinin şəhid olmasına səbəb olacaqdı... 

c7bd64f3-f7de-441d-a7c1-552fe782fdc5.jpg

Əldə etdikləri silahlarla ətrafdakı 8 polis bölməsinə hücum edirlər və bütün əməkdaşları məhv edirlər.

“Müharibə”nin bu məqamında rəsmilər həmin məktubu xatırlayırlar. Anlayırlar ki türklər müharibə elan edərkən heç də zarafat etmirmişlər. Amma onların sayını bilmirdilər. Hər ehtimala qarşı 250 nəfərlik Avstraliya ordusu bölgəyə ezam olunur. Bundan sonra şiddətli toqquşmalar başlayır.

250 nəfərlik əsgər bölgəyə vaqonlarla gətirilir. Bunu əvvəlcədən anlayan türklər pusqu qurub vaqonlara atəş açır. Bu pusquda 60 düşmən əsgəri məhv edilir. Döyüşlər daha da şiddətlənir və iki türk əsgərin şəhid olması ilə sona çatır. Avstarliya ordusu bütün düşmənin məhv olduğuna əmin olub, atəş gələn tərəfə yönəlir. Gördükləri mənzərə qarşısında isə şok olurlar: “düşmən” sadəcə 2 əsgərdən ibarət idi! Cəmi 2 əsgər dayanmadan 8 saat onlara qan uddurmuşdu. Üstəlik onlar yaşadıqları ərazidə tanınan adamlar idilər: biri qəssab, digəri dondurmaçı.

Şəhid əsgərlər elə döyüşdükləri ərazidə dəfn olunurlar. Onların döyüşdüyü “Vayt Rok” qayalıqlarına “Türk qayalıqları” adı verilir.

Kamberrada yerləşən Avstraliya hərb muzeyində 2 türk əsgərin yeganə “hərbi texnikası”, dondurma arabası və öz əlləri ilə tikdikləri bayraq uzun illər sərgilənir. 

8b8c7323-644d-4d56-8b13-c0af54732ca1.jpg

1993-cü ildə Türkiyənin mətbuat nümayəndəsi həmin muzeydə qeyd olunan eksponatlara rast gəlmir. Muzey rəhbərliyi isə bunu əşyalar köhnəlməsin deyə bəzən anbara aparıb, sonra geri gətirmələri ilə izah edirlər.

Hal-hazırda Melburunda topçuluq muzeyində isə Osmanlıya aid hərbi geyimlər, qılınclar və əllə tikilmiş bayraqlar sərgilənir.

Türkiyə isə qəhrəmanlarını əbədiləşdirmək üçün onların şərəfinə “Turkish-i dondurma” filmini ərsəyə gətirir.

 

Şahanə Rəhimli
Musavat.com

Chosen
47
musavat.com

1Sources