EN

Tramp Pentaqonun rəhbəri vəzifəsinə teleaparıcının namizədliyini irəli sürüb

ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp müdafiə naziri vəzifəsinə “Fox News” telekanalının aparıcısı və ABŞ Ordusunun veteranı Pit Heqsetin namizədliyini irəli sürüb.

“Report” xəbər verir ki, bu barədə Trampın keçid komandasının yaydığı bəyanatda bildirilir.

“Pit bütün həyatı boyu döyüşçü olub. Pit sərt, ağıllı və həqiqətən Amerikaya inanan biridir”, - Tramp açıqlamasında bildirib.

Trampın sözlərinə görə, Pit Heqsetlə ABŞ ordusu yenidən möhtəşəm olacaq.

Pentaqonun rəhbəri postuna Heqsetdən başqa Nümayəndələr Palatasının Silahlı Qüvvələr Komitəsinin sədri Mayk Rocers və istefada olan general-leytenant Keyt Kelloqun da namizədlikləri nəzərdən keçirilib.

Heqsetin 44 yaşı var, o, ABŞ-nin Əfqanıstan, İraq və Quantanamoda xidmət edən Milli Qvardiyasının veteranıdır. 2014-cü ildən “Fox” telekanalında işləyir. 2016-cı ildə Heqset, aralarında Marko Rubio da olmaqla respublikaçıların tənqidlərinə baxmayaraq, Trampın ilk məşhur tərəfdarlarından biri olub.

Chosen
94
23
far.az

10Sources