EN

Cənubi Koreya, Yaponiya və ABŞ birgə təlimlərə başlayır

Cənubi Koreya, ABŞ və Yaponiya hava hücumundan müdafiə və sualtı qayıqlara qarşı mübarizəni gücləndirmək üçün üçtərəfli "Freedom Edge" təlimlərinə başlayır.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə "Yonhap" agentliyi Cənubi Koreya Baş Qərargahına (KNS) istinadən məlumat yayıb.

Qeyd edilib ki, təlimlər üç ölkə liderinin 2023-cü ilin avqustunda ABŞ-ın Kemp-Devid şəhərində keçirilən sammitdə əldə etdiyi razılığa əsasən keçirilir.

Təlimlərə Amerikanın "Corc Vaşinqton" təyyarədaşıyan gəmisi, Cənubi Koreya Silahlı Qüvvələrinin esminesləri və Yaponiya Dəniz Özünümüdafiə Qüvvələri cəlb olunacaq.

Chosen
84
50
operativmm.az

10Sources