EN

Tramp İran siyasətini ortaya qoydu - Təbrizi

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp çox güman ki, dövlət başçısı kimi ilk müddətində İrana qarşı yürütdüyü düşmən siyasətini davam etdirəcək.

Axar.az xəbər verir ki, bunu TASS-a müsahibəsində iranlı politoloq Mehdi Seyf Təbrizi deyib.

"Baxaq görək, Tramp keçmişdən dərs alıbmı? Çox güman ki, o, İrana qarşı yanlış yönləndirilmiş “maksimum təzyiq siyasəti”ni davam etdirəcək. Yeni prezident haqda Brayan Huk, Marko Rubio və Eliza Stefanik kimi insanları öz komandasına götürmək istəməsinə görə artıq fikir yürütmək olar", - o bildirib.

Onun sözlərinə görə, Vaşinqton administrasiyasının hazırkı rəhbəri Bayden də bu uğursuz strategiyaya sadiq qalıb və Tehran istər demokratlar, istərsə də respublikaçılar dövründə İran istiqamətində ABŞ-ın siyasətində heç bir ciddi dəyişiklik görməyib.

Chosen
48
1
axar.az

2Sources