EN

Baydendən jurnalistə kobud CAVAB - VİDEO

ABŞ Prezidenti Co Bayden Qəzza zolağında girovların azad edilməsi ilə bağlı sual verən jurnalistə kobud cavab verib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə Baydenin Ağ Evdə İsrail Prezidenti İsaak Hersoqla görüşü zamanı baş verib.

Belə ki, İsrailin "Kanal 13" televiziyasının jurnalisti ABŞ rəhbərindən "Prezident Bayden, sizcə, prezidentlik müddətinizin sonuna kimi girovlarla bağlı razılaşma əldə edə bilərikmi?", - deyə soruşub.

Bayden isə cavabında "Siz arxanızdakı kameranın başınıza dəyməsindən özünüzü qoruya biləcəyinizdən əminsinizmi?", - cavabını verib.

Həmin görüntüləri təqdim edirik:

Milli.Az

Chosen
36
50
milli.az

10Sources