EN

Bakıda Çoxsəviyyəli Fəaliyyət və Şəhərsalma Pavilyonu açılıb

Bu gün Bakıda Çoxsəviyyəli Fəaliyyət və Şəhərsalma Pavilyonunun rəsmi açılışı olub. SİA xəbər verir ki, mərasim noyabrın 11-dən başlayaraq noyabrın 22-nə qədər Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində baş tutub.

Açılış lentini Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyevlə Türkiyənin Ətraf mühit və şəhərsalma naziri Murat Kurum kəsiblər.

Chosen
56
5
sia.az

10Sources