EN

COP29 Net Zero yolunda Çində əldə olunan təcrübələri bölüşmək üçün əla fürsətdir - Çinpenq Vey

COP29 Net Zero yolunda Çində əldə olunan təcrübələri bölüşmək üçün əla fürsətdir.

Olaylar xəbər verir ki, bunu Tsinxua Universitetinin elmlər doktoru Çinpenq Vey (Qingpeng Wei) "Çin İnvestisiya Assosiasiyası: sıfır karbon təsviri" mövzusunda keçirilən panel müzakirədə bildirib.

"Son illərdə Çin tikinti, sənaye, nəqliyyat və digər sektorlar üzrə karbon emissiyalarını əhəmiyyətli dərəcədə azaltmaq üçün bir çox metod tətbiq edib. İki nümunəni qeyd etmək istəyirəm. Birincisi, Tsindao şəhərində yelkən idmanı üzrə Olimpiya Mərkəzində yaradılmış "səhralıq icması" layihəsidir. Tsindao Sakit Okean sahilində yerləşən və oxşar iqlim şəraitinə malik bir şəhərdir. Bakı kimi, burada da qış aylarında soyuq və yayda günəşli günlər olur. 10 milyondan çox sakini olan bu böyük şəhərdə yerləşən Olimpiya Mərkəzi, strukturu baxımından yerli kompleksləri xatırladır", - o bildirib.

Onun sözlərinə görə, Olimpiya Mərkəzi konqres mərkəzləri, hotellər, ofislər və kiçik binalar daxil olmaqla, on müxtəlif tipli binalardan ibarətdir.

"İlkin karbon intensivliyi ildə bir kvadratmetr üçün təxminən 52 kiloqram CO₂ təşkil edirdi. Karbon neytrallığına çatmaq üçün yalnız enerji istehlakını azaltmaq deyil, həm də bərpa olunan enerji mənbələrinin payını artırmaq lazımdır. Bunun üçün bir neçə strategiya seçildi: yüksək effektivliyə malik istilik izolyasiya materiallarının istifadəsi və binaların enerji effektivliyinin artırılması, bu da qışda küləkli hava şəraiti ilə seçilən Bakı üçün də xüsusilə əhəmiyyətlidir. Bu tədbirlər sayəsində biz illik bir kvadratmetr üçün təxminən 0,2 qiqavat-saat istilik tələbatını təmin etmişik," - o əlavə edib.

O, həmçinin əvvəlki qaz qazanlarının istilik nasosları ilə əvəz olunduğunu qeyd edib.

"Sistem dəniz suyu əsaslı istilik nasosundan istifadə edir və bu, yüksək səmərəliliyə malikdir, məhsuldarlıq əmsalı 5 kilovatı keçib. Bu o deməkdir ki, hər 1 kilovat-saat elektrik enerjisi 5 kilovat-saat istilik istehsal edərək binaları qızdırır. Bu iki yanaşma sayəsində biz istilik zamanı enerji istehlakını və karbon emissiyalarını ilkin səviyyəyə nisbətən 70 faiz azaltmağa nail olmuşuq", - Çinpenq Vey vurğulayıb.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının açılışı olub. Dünən isə Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Liderlər Sammitinin açılış mərasimi keçirilib.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir - Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunacaq.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
52
49
olaylar.az

10Sources