EN

Tramp Maskın vəzifəsini açıqladı

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp federal bürokratiyanı islah etmək üçün Elon Musk və keçmiş prezidentliyə namizəd Vivek Ramasvamini yeni yaradılan Hökumət Effektivliyi Departamentinin (DOGE) rəhbərliyinə təyin etdiyini elan edib.

"Bu iki görkəmli amerikalı birgə şəkildə mənim administrasiyama bürokratiyanı azaltmaq, artıq tənzimləmələri ləğv etmək, israfçılıq xərclərini aradan qaldırmaq və federal agentlikləri yenidən strukturlaşdırmaqda kömək edəcək," - Tramp çərşənbə günü yaydığı bəyanatda bildirib.

Musk və Ramasvaminin təyin olunması hökumətin səmərəliliyini artırmaq məqsədilə yeni yanaşma kimi qəbul olunur və bürokratik proseslərin sadələşdirilməsinə yönəlib.

Bəyanatda Musk qeyd edib: "Bu qərar sistemi silkələyəcək və vergi ödəyicilərinin pullarını israf edən hər kəsə – və bu çox insandır! – təsir edəcək."

Bu elan Trampın federal hökumətin ölçüsünü azaltmaq platforması çərçivəsində gəlib, o, bürokratiyanın həddindən artıq genişləndiyini dəfələrlə vurğulayıb.

Musk yeni departamentin fəaliyyətləri barədə tam şəffaflıq vəd edib və ətraflı hesabatların onlayn paylaşılacağını bildirib. "İctimaiyyət hər hansı vacib bir şeyin azaldıldığını və ya israfçılığın aradan qaldırılmadığını düşünəndə, sadəcə bizə bildirin!" – Musk sosial şəbəkədə yazıb. O həmçinin "vergi pullarının ən absurdca xərcləndiyi halların siyahısını" hazırlamağı təklif edib.

"Bu həm çox faciəvi, həm də olduqca maraqlı olacaq," – milyarder vurğulayıb.

Əvvəllər Tramp Təhsil Nazirliyini ləğv edəcəyinə söz vermişdi və bunu ABŞ ailələrinin gündəlik həyatına federal hökumətin həddən artıq müdaxiləsinin simvolu kimi göstərmişdi.

"Daima deyirəm ki, geri qayıdıb bununla məşğul olmağa can atıram. Biz nəticədə federal Təhsil Nazirliyini ləğv edəcəyik," – Tramp sentyabr ayında Viskonsin mitinqində bəyan etmişdi. /"Turan"

Chosen
15
1
azpolitika.info

10Sources