EN

Azərbaycanlılar bu ölkədə 682 mənzil alıb – RƏQƏMLƏR

2024-cü ilin yanvar-oktyabr aylarını əhatə edən 10 ay ərzində Azərbaycan vətəndaşları Türkiyədə 682 mənzil alıblar.

 

Sfera.az xəbər verir ki, bu haqda məlumatı Türkiyə Statistika Təşkilatı açıqlayıb.

 

Əvvəlki ilin eyni dövrü ilə müqayisədə Azərbaycan vətəndaşlarının Türkiyədə aldığı evlərin sayı azalıb.

 

Bir il əvvəl azərbaycanlılar qardaş ölkədə 832 mənzil almışdılar.

 

Ümumilikdə, Türkiyədə 2023-cü illə müqayisədə 2024-cü ildə əcnəbilərin aldığı mənzillərin sayında azalma müşahidə edilib.

 

Bu ilin 10 ayı ərzində əcnəbilər 19 212 ədəd mənzil alıb ki, bu da 2023-cü ilin ilk 10 ayı ilə müqayisədə 37 faiz azalma deməkdir.

 

Bir il əvvəl əcnəbilər 30,5 min ədədə yaxın mənzil almışdı. Bu il mənzil alışının azalmasının əsas səbəbi Türkiyədə mənzil qiymətlərinin çox yüksəlməsidir.

 

Vasif

Chosen
32
sfera.az

1Sources