EN

Donanma kapitanı maşınında partladılaraq öldürüldü - VİDEO

Sevastopolda partladılan avtomobilin sürücüsü Qara dəniz donanmasının 1-ci dərəcəli kapitanı olub.

Bu barədə Baza Telegram kanalı məlumat yayıb.

“Onun avtomobili Taras Şevçenko küçəsindəki mağazanın dayanacağında dayanıbmış. Hadisə şahidlərinin sözlərinə görə, sürücünün ayaqları qopub”, - paylaşımda yazılıb.

Qeyd edək ki, bu gün Rusiyada supermarketin yaxınlığında avtomobilin partlaması barədə məlumat yayılıb. Avtomobildə olan kişi sağ qalmayıb.


Tural

Chosen
30
news365.az

1Sources