"Əl-Hilal" klubunun hücumçusu Neymar 2034-cü ildə keçiriləcək Dünya Çempionatı ilə bağlı gözləntilərini bölüşüb.
Fanat.Az xəbər verir ki, braziliyalı ulduz Səudiyyə Ərəbistanının turnirə ev sahibliyi etməyə yeganə namizəd olduğu mundialla bağlı "Aawsat"-a danışıb:
"Düşünürəm ki, bu, həyatımda gördüyüm ən yaxşı layihələrdən biridir. 10 il sonrakı turnirin tarixin ən yaxşı Dünya Çempionatı olmaq şansı var.
Bu proqramdakı hər şey futbola kömək etmək üçün düşünülüb. Təşkilatçılar futbolçular haqqında düşünüblər ki, dünya çempionatı zamanı uzun uçuşlar, uzun səfərlər olmasın. Bu, stadionlar və otellər arasında asanlıqla səyahət etməyə imkan verəcək, oyunçulara oyunlararası fasilədə bərpa olunmaq və ən yaxşı şəkildə çıxış etmək üçün kifayət qədər vaxt qazandıracaq".
Mirağa