EN

Esvatininin Baş naziri: Məqsədimiz gələcək nəsillərin bu sammitə iqlim dəyişikliyi sahəsində dönüş nöqtəsi kimi baxmağına nail olmaqdır

"Tayvanın da iqlim dəyişikliyi ilə mübarizə tədbirlərinə cəlb olunmasını təklif edirik".

APA xəbər verir ki, bunu Esvatininin Baş naziri Rassel Miso Dvamini "COP29 çərçivəsində İqlim dəyişmələrinin su hövzələrinin azalmasına mənfi təsirləri" mövzusunda Dünya liderlərinin təqdimatı tədbirində səsləndirib.

Hökumət başçısı əsas COP29-da diqqətin maliyyə hədəflərinin reallaşmasından ibarət olduğunu söyləyib:

"BMT-nin Adaptasiya üzrə hesabatında bildirilir ki, növbəti illərdə bu tədbirlərin həyata keçirilməsi üçün 10 milyardlarla dollar vəsait tələb olunur. Bunun üçün bütün imkanlar səfərbər olunmalı, təbiətin məhvinə imkan verilməməlidir. Biz Tayvanın da iqlim dəyişikliyi ilə mübarizə tədbirlərinə cəlb olunmasını təklif edirik. Görüləcək işlər çoxdur, lakin maliyyə çatışmazlığı buna mane olur. Əsas məqsədimiz gələcək nəsillərin bu sammitə iqlim dəyişikliyi sahəsində dönüş nöqtəsi kimi baxmasına nail olmaqdır".

Chosen
14
1
apa.az

2Sources