EN

Bakıda tanınmış şəxsin evi yandı - FOTO

“Mücrü” Nəşriyyatının direktoru, yazıçı-naşir Müşfiq Feyziyev (Füşfiq Xan) bədbəxt hadisə ilə üzləşib.

News24.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, hadisə noyabrın 5-i səhərə yaxın Abşeron rayonunun Qobu qəsəbəsində baş verib.

Elektrik naqillərindəki qısaqapanma nəticəsində ikimərtəbəli evin mansard hissəsində yanğın başlayıb. Qısa müddətdə alov bütün evi bürüyüb.

Həmin vaxt Müşfiq Xan özü də ailə üzvləri ilə birgə evdə olub. Xoşbəxtlikdən vaxtında müdaxilə edərək ailəsini evdən çıxara bilib, heç biri xəsarət almayıb. Amma ev bütün əşyaları ilə birgə külə dönüb.

“Mücrü” nəşriyyatının anbarı da evdə yerləşib. Yanğın nəticəsində anbarda olan bütün kitablar digər əşyalarla birgə məhv olub. Bununla da nəşriyyata külli miqdarda ziyan dəyib. Bu səbəbdən yaxınları, yazar dostları Müşfiq Xana dəstək məqsədilə kampaniya başladıblar.

Qeyd edək ki, bu, naşirin başına gələn ikinci oxşar hadisədir. Belə ki, bu ilin yayında da “Mücrü” nəşriyyatının anbarı yanmışdı.




Chosen
28
15
news24.az

10Sources