EN

Murat Kurum: "Türkiyə insanlığa ədalətli dünyanı təklif edir"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Bir ildir ki, gərgin rejimdə COP gündəliyinə hazırlaşırıq. Türkiyə olaraq insanlığa ədalətli dünyanı təklif edirik. Dünyanın qlobal iş birliyinə ehtiyacı var".
Oxu.Az xəbər verir ki, bunu Bakıda keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Türkiyənin ekologiya, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum deyib.
O bildirib ki, İqlim Dəyişikliyinə Uyğunlaşma Strategiyasının və Fəaliyyət Planının hazırlanması prosesində maraqlı tərəflərlə 25-dən çox görüş keçirilib:
"Görüşlərdə 180 müxtəlif dövlət, özəl sektor, universitetlər və qeyri-hökumət təşkilatlarından 2000-dən çox insan iştirak edib. İştirakçılar arasında gender balansı müşahidə olunub. Tədbirlər Planı çərçivəsində məsul və aidiyyəti qurum və təşkilatlarla əməkdaşlıqda 40 strategiya və 129 tədbir müəyyən edilib".
Məhərrəm Əliyev
Chosen
72
50
oxu.az

10Sources