EN

Bakıda kiçik ada dövlətlərinin Sammiti - Prezident İlham Əliyev tədbirdə iştirak edir

Bakıda

Bakıda COP29 çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin (SIDS) noyabrın 13-də Sammiti keçirilir.

Reyting.az
xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edir.

***

"COP29-a ev sahibliyi edən ölkə olaraq, Azərbaycanın inkişaf edən kiçik ada ölkələri ilə əməkdaşlığı daha yüksək səviyyəyə qalxıb. Onların səsi bu gün qlobal səhnədə eşidilməlidir".


Bu fikri Prezident İlham Əliyev COP29 çərçivəsində noyabrın 13-də keçirilən İnkişaf etməkdə olan kiçik ada dövlətlərinin (SIDS) Sammitində çıxışı zamanı səsləndirib.

“Mən inkişaf etmiş ölkələrə, xüsusən də müstəmləkə keçmişi olan ölkələrə kiçik ada ölkələrinə yardım etmələri üçün müraciət edirəm”, - deyə dövlət başçısı bildirib.

***

"Kiçik ada dövlətləri dəniz səviyyəsinin qalxması səbəbindən gələcəklərini təhlükə altına alan böyük ədalətsizliyin önündədirlər".


Bunu BMT-nin Baş katibi Antonio Quterreş İnkişaf etməkdə olan kiçik ada dövlətlərinin (SIDS) Sammitində çıxışı zamanı bildirib.

"İqtisadiyyatlarınız dağılıb. İnkişaf sahəsində nailiyyətlər xarabalığa çevrilib, bu ədalətsizliyə son qoyulmalıdır. G20 ölkələrinin payına qlobal emissiyaların təxminən səksən faizi düşür. Ölkələriniz - inkişaf etməkdə olan kiçik ada dövlətləri - iqlim ambisiyalarının necə olmalı olduğunu nümayiş etdirir. Siz ilk reaksiya verənlərsiniz", - A.Quterreş bildirib.

Onun sözlərinə görə, dünya bu kiçik ölkələri dəstəkləməlidir: "Birincisi, 1,5 dərəcə hədəfini qorumaq üçün səylərini əsirgəməmək lazımdır. Bu, 2030-cu ilə qədər qlobal emissiyaların ildə 9 faiz azaldılması və qalıq yanacaqlardan mərhələli şəkildə imtina deməkdir.

Bu o deməkdir ki, hər bir ölkə COP30-a 1,5 dərəcə hədəfinə uyğun olan yeni ümumi iqtisadi milli iqlim fəaliyyət planları təqdim etməlidir".

Onun fikrincə, ən böyük emissiya mənbələri olan G20 ölkələri bu prosesə rəhbərlik etməlidir: "BMT öz 'İqlim Vədi' təşəbbüsü vasitəsilə ölkələri bu hədəflərə çatmaqda dəstəkləyir”.
Chosen
9
33
reyting.az

10Sources