EN

Xorvatiya Baş naziri: İqlim maliyyələşdirməsinin artırılması üçün şərait yetişib

“COP29-dan gözləntilərimiz yeni maliyyələşdirmə ilə bağlı razılığa gəlməkdir. Hesab edirəm ki, bu vəsaitin artırılması üçün şərait yetişib”.

APA xəbər verir ki, bunu Bakılda keçirilən COP29-da iştirak edən Xorvatiya Respublikasının Baş naziri Andrey Plenkoviç deyib.

“Danışıqçıların məbləğlə bağlı razılığa gəlib-gəlməyəcəyini indi proqnozlaşdıra bilmərəm, lakin bu, əlbəttə ki, bu gün üçün çox vacib məsələdir. Ona görə də növbəti 10 gün ərzində iqlim maliyyələşməsi barədə danışacağıq”, - Baş nazir vurğulayıb.

Sahilə Cabbar

Chosen
49
apa.az

1Sources