EN

İnanıram ki, inkişaf etməkdə olan ölkələr üçün maliyyə yardımı barədə razılığa gələcəyik - Xorvatiyanın Baş naziri

Bakı. Trend:

İnanıram ki, müzakirəçilərimiz inkişaf etməkdə olan ölkələr üçünmaliyyə yardımı barədə razılığa gələcəklər.

Trend xəbər verir ki, bunuXorvatiya Respublikasının Baş naziri Andrey Plenkoviç COP29-dajurnalistlərə bildirib.

"Biz Bakıda olmağımızdan çox məmnunuq. Bu, son 12 ayda mənimikinci səfərimdir. Əminəm ki, Azərbaycan daha inkişaf etmiş və dahaaz inkişaf etmiş ölkələr arasında körpü rolunu oynamaqda mühüməhəmiyyətə malikdir. Onun coğrafi mövqeyi, enerji resursları vəehtiyatları ona dünya xəritəsində önəmli yer təmin edir", – AndreyPlenkoviç vurğulayıb.

O, həmçinin, qeyd edib ki, Xorvatiya 2030-cu ilə qədər bərpaolunan enerji mənbələrinin payını 29 faizdən 42 faizə artırmağıhədəfləyir.

"Müzakirələr müddətində burada qalacaq müzakirəçilərimizininkişaf etməkdə olan ölkələrə yardım üçün maliyyə mənbələrininbərpası barədə razılığa gələcəyinə əminəm.

Qlobal reallıqları və sənaye inkişafında öz prioritetləri olanbütün ölkələrin xüsusi ehtiyaclarını nəzərə almaq vacibdir. Əkshalda, uşaqlarımız və nəvələrimiz yaxın onilliklərdə iqlimdəyişikliyi və ekstremal hava hadisələri ilə bağlı çətinliklərləüzləşə bilərlər", – deyə Baş nazir vurğulayıb.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrəÇərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cusessiyasının açılışı olub. Dünən isə Bakıda BMT-nin İqlimDəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının29-cu sessiyasının (COP29) Liderlər Sammitinin açılış mərasimikeçirilib.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanınbu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfəAzərbaycanda baş tutur.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunacaq.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Chosen
52
2
az.trend.az

3Sources