EN

Avstraliyada qandonduran hadisə: 95 yaşlı qadın faciəvi şəkilə öldürüldü

Avstraliyanın paytaxtı Kanberrada eşidənləri şoka salan hadisə baş verib.
 
AZXEBER.COM xarici KİV-ə istinadən xəbər verir ki, qocalar evində yaşayan 95 yaşlı Klar Naulend əlindəki bıçağı yerə qoymaq istəməyincə işçilər polisə xəbər veriblər.
  
Polis məmuru yeriməkdə çətinlik çəkən 95 yaşlı qadına \"Oyun oynamırıq, bıçağı mənə ver\" deyərək ona xəbərdarlıq edib.
 
Yaşlı qadın xəbərdarlıqlara məhəl qoymayaraq yavaş-yavaş yeriməyə davam edib. Bunun üzərinə daha bir polis zabiti qadına qışqırmağa davam edərək, \"Əlimdə olanı görürsənmi? Bu oyuncaq deyil deyərək qışqırmağa davam edib.
 
Yaşlı qadın qapıya doğru gedərkən polislər şok cihazı ilə onun sinəsinə atəş açıblar. 
 
95 yaşlı qadın yerdə hərəkətsiz uzanarkən iki polis əməkdaşı onun yanına gedərək onu yoxlayıb.
 
Bundan sonra polis əməkdaşları qadının zərərsizləşdirilmədiyini görərək ona atəş açıblar.
 
Hadisədən sonra həmin polis əməkdaşları həbs olunaraq məhkəməyə aparılıblar.
 
Mikayıl
Chosen
47
azxeber.com

1Sources