EN

Pakistan istehsal etdiyi enerjinin 60 faizini ekoloji cəhətdən təmiz mənbələrdən təmin etmək niyyətindədir - Baş nazir

Bakı. Trend:

Pakistan istehsal etdiyi enerjinin 60 faizini ekoloji cəhətdəntəmiz mənbələrdən təmin etmək öhdəliyini yerinə yetirmək üçünkonkret addımlar atıb.

Trend xəbər verir ki, bunuPakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz ŞərifBakıda COP29 sammitində çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, ölkə, həmçinin, bu onillik ərzində özavtomobillərinin 30 faizini elektrikli avtomobillərə çevirməyiplanlaşdırır.

"İqlim ədaləti olmadan heç bir real davamlılıq ola bilməz və mənistəməzdim ki, digər ölkələr 2022-ci ildə Pakistanda baş verənfaciə ilə üzləşsinlər. Pakistan davamlı, zəhmətkeş və məsuliyyətlibir ölkədir və biz qlobal iqlim həllərinin bir hissəsi olmaq üçüntamamilə öz öhdəliklərimizə sadiqik", - o vurğulayıb.

O qeyd edib ki, Pakistan bərpa olunan enerji sahəsində inqilabgözləyir. Keçən il Pakistan geniş əhatəli Milli Uyğunlaşma Planınıtəqdim edib. Bu il isə ölkə milli karbon bazarı strukturuhazırlayıb.

"Lakin biz bunu təkbaşına edə bilmərik. Pakistanın iqlimambisiyalarını həyata keçirmək üçün beynəlxalq dəstəyə ehtiyacıvar. İnkişaf etməkdə olan ölkələr 2030-cu ilə qədər cari Millisəviyyədə müəyyən edilmiş töhfələrinin yarısından azını həyatakeçirmək üçün təxminən 6,8 trilyon ABŞ dollarına ehtiyacduyacaqlar. Bu, uyğunlaşma, itkilər və zərərlər üçün dəkeçərlidir", - Baş nazir qeyd edib.

O əlavə edib ki, iqlim maliyyələşməsi qrant şəklində olmalı vəinkişaf etməkdə olan həssas ölkələrin borc yükünüartırmamalıdır.

"Nəhayət, iki il əvvəl mən yüksək səslə xəbərdarlıq etdim ki,gələcək bizim hərəkətsizliyimizi bağışlamayacaq. Bu gün mən eynixəbərdarlığı daha böyük təcililiklə və bütün enerjimlətəkrarlayıram. Biz səbəbləri bilirik. Biz həlləri bilirik. İndi isəbiz hərəkət etməyə cəsarət tapmalıyıq və tez bir zamanda hərəkətetməliyik", - o vurğulayıb.

Xatırladaq ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrəÇərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cusessiyasının açılışı olub. Dünən isə Bakıda BMT-nin İqlimDəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının29-cu sessiyasının (COP29) Liderlər Sammitinin açılış mərasimikeçirilib.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanınbu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfəAzərbaycanda baş tutur.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunacaq.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Chosen
53
2
az.trend.az

3Sources