EN

“Troyka”nın rəhbərliyi altında davamlı gələcəyə yol aça bilərik - Yalçın Rəfiyev

Bakı. Trend:

“Tryoka”nın rəhbərliyi altında biz hər kəs üçün davamlı, bərabərvə qorunan bir gələcək üçün yol aça bilərik.

Trend xəbər verir ki, bubarədə Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini vəCOP29-un baş müzakirəçisi Yalçın Rəfiyev COP29 çərçivəsindəkeçirilən “COP sədrlikləri Üçlüyünün yüksəksəviyyəli dialoqu: Ortaqrifahın gələcəyinə doğru Missiya 1,5 üçün Yol Xəritəmiz” adlıtədbirdə çıxışı zamanı bildirib.

"İl Kopenhagendəki iqlim nazirlərinin görüşündə “Tryoka”nınbaxışı və yanaşmasının rəsmi təqdimatı ilə başladı. İqlimfəaliyyətinin bütün aspektlərini, xüsusən də iqlim dəyişikliyininazaldılması, ədalətli keçid, uyğunlaşma, meşə təsərrüfatıproblemləri və iqlim maliyyələşdirilməsi məsələlərini əhatə edərək,bütün maraqlı tərəfləri inklüziv şəkildə inandıra bildik", - deyə obildirib.

Onun sözlərinə görə, ümumilikdə “Troyka” qlobal iqlimgündəlikləri arasında sinerji yaratmağa davam edib, həmambisiyaları, həm də maliyyə mexanizmlərinin həyatakeçirilməsindəki kritik çətinlikləri aşaraq, inkişaf etməkdə olanölkələrin iqlim davamlılığını gücləndirib.

"Yol aydın olsa da, çətinliklərdən azad deyil. Bizambisiyalarımızı əməllərə çevirməliyik və öhdəliklərimizi realnailiyyətlərə çevirməliyik. Mən əminəm ki, “Troyka” rəhbərliyindəbiz hər kəs üçün davamlı, bərabər və qorunan bir gələcək üçün yolaça bilərik. “Troyka” üzvləri qlobal iqlim maliyyələşdirilməsi vəşəffaflığı ön planda tutan əsas təşəbbüsləri dəstəkləmək üçünbirləşə bilərlər", - Y.Rəfiyev əlavə edib.

Qeyd edək ki, “Troyka” ölkələrinə Birləşmiş Ərəb Əmirlikləri(COP28), Azərbaycan Respublikası (COP29) və Braziliya (COP30)daxildir.

Xatırladaq ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrəÇərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cusessiyasının açılışı olub. Dünən isə Bakıda BMT-nin İqlimDəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının29-cu sessiyasının (COP29) Liderlər Sammitinin açılış mərasimikeçirilib.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanınbu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfəAzərbaycanda baş tutur.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunacaq.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Chosen
66
1
az.trend.az

2Sources