EN

Bu ölkədə güclü yağış xəbərdarlığı edildi

İspaniya Meteorologiya İnstitutu (AEMET) ölkənin 8 muxtar bölgəsində bəzi yerlərdə hər kvadratmetrə 180 litr yağıntının düşəcəyi barədə həyəcan təbili çalıb.

Teleqraf.com xəbər verir ki, oktyabrın 29-da İspaniyanın şərq və cənub bölgələrində, xüsusilə də Valensiyada baş verən daşqın fəlakətindən sonra güclü yağış səbəbindən ölkədə pis hava şəraiti davam edir.

Həmçinin AEMET ölkənin cənubunda Əndəlüs bölgəsindəki Malaqa və şərqdə Kataloniya bölgəsindəki Tarraqona şəhərlərinin əhalisinə də xüsusi xəbərdarlıq edib.

Şimalda Qalisiya, Kantabriya, Kastiliya və Leon və ortada Kastiliya-La-Mançada da güclü yağış və fırtına xəbərdarlığı elan olunub, narıncı həyəcan siqnalı verilib.

Malaqanın çay kənarındakı Quadalhorce şəhərində təxminən 3 min insan ehtiyat tədbiri kimi evlərindən təxliyə edilib.

Xatırladaq ki, oktyabrın 29-da ölkədə baş verən daşqın nəticəsində ölənlərin ümumi sayı 222 nəfər olub, 32 nəfər isə itkin düşüb.


Müəllif: Teleqraf.com
Chosen
33
teleqraf.com

1Sources