EN

“Biz Gümrüdəki vəziyyətdən çox narahatıq” - Aleksanyan

“Biz Gümrüdəki vəziyyətdən çox narahatıq və Balasanyan blokunun bu cür davranışı ciddi şəkildə pislənir, şəhər taleyin ümidinə buraxılıb, buna görə də işçiləri maaş almır. Əslində, Gümrü sadəcə olaraq zibil içində boğulur”.

Musavat.com xəbər verir ki, bunu Ermənistanın hakim “Vətəndaş sazişi” partiyasından olan deputat Vahan Aleksanyan deyib.

Qeyd olunur ki, Gümrü şəhərinin meri, o cümlədən şəhər bələdiyyəsinin 14 üzvü istefa verib.

Xatırladaq ki, Gümrüdə Rusiya ordusunun hərbi bazası yerləşir.

Musavat.com

Chosen
31
1
musavat.com

2Sources