Xəbər verdiyimiz kimi, Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) davam edir.
Artıq 3 gündür ki, Mavi zonada rəsmi iclaslar, tədbir və mətbuat konfransları keçirilir. Burada müxtəlif ölkələr tərəfindən iqlimlə bağlı layihə, texnologiya və strategiyalarının nümayişi üçün 100-dən çox pavilyon qurulub. Həmçinin ölkələr ziyarətçilərə öz milli mətbəxlərinə aid çay və şirniyyatları təqdim edirlər.
“Qafqazinfo”nun fotoqrafı Xəyal Vəlizadənin Mavi zonada yerləşən pavilyonlardan çəkdiyi fotoları təqdim edirik: