EN

Neftin qiyməti iki dəfə aşağı düşə bilər: Qərbin ssenarisi

OPEC+ ölkələri neft hasilatına qoyulan məhdudiyyətlərdən əl çəksələr, 2025-ci ildə neftin qiyməti 2024-cü ildəki 70-80 dollardan 30-40 dollar/barelə düşə bilər.

Publika.az xəbər verir ki, bu barədə ABŞ-ın CNBC telekanalı Neft Qiymətləri İnformasiya Xidmətinin enerji təhlilinin qlobal rəhbəri Tom Kloza istinadən məlumat yayıb.

“İndi neftin qiymətləri ilə bağlı qorxu son zamanlarla müqayisədə daha çoxdur”, - deyə spiker qeyd edib.

Digər bazar ekspertləri də OPEC+ ölkələrinin belə qərarının son dərəcə mənfi nəticələrindən danışırlar. Beləliklə, "MST Marquee"nin enerji analitiki Saul Kavonic hesab edir ki, tələb nəzərə alınmadan neft hasilatına qoyulan məhdudiyyətlərin götürülməsi bazar payı üçün qiymət müharibəsinə start verəcək və bu, yanacağın qiymətlərinin COVID-dən sonrakı minimum səviyyəyə enməsinə səbəb ola bilər.

Chosen
46
publika.az

1Sources