EN

The Guardian öz məzmununu X-də dərc etməyi dayandırır

Britaniyanın “The Guardian” qəzeti amerikalı sahibkar İlon Maska məxsus X sosial şəbəkəsində öz materiallarını dərc etməyi dayandıracağını açıqlayıb.

“ABŞ prezident seçkiləri kampaniyası yalnız bizim çoxdan inandığımız şeyi vurğuladı: X zəhərli media platformasıdır və onun sahibi İlon Mask öz təsirindən siyasi diskurs formalaşdırmaq üçün istifadə edə bilib”, – The Guardian-ın açıqlamasında deyilir.

Nəşrə görə, “sosial şəbəkədə ifrat sağçı sui-qəsd nəzəriyyələri və irqçiliyin təzahürləri də daxil olmaqla, narahatedici məzmun təbliğ olunur və rast gəlinir”.

Eyni zamanda, X istifadəçiləri The Guardian-dan məqalələr paylaşa biləcəklər və canlı reportaj zamanı sosial şəbəkənin məzmunundan istifadə olunacaq.

ABC daha əvvəl bildirmişdi ki, Mask ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın administrasiyasının formalaşdırılmasında mühüm rol oynayır.

DOĞRU.AZ

Chosen
24
dogru.az

1Sources