EN

“Ukrayna məsələsində bütün respublikaçılar Trampı dəstəkləmir” – WP


“ABŞ Konqresindəki bir çox respublikaçı ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Trampın Ukraynaya dəstəyi ilə bağlı skeptisizmini bölüşmür”.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Washington Post” (WP) məlumat yayıb.
Bildirilib ki, Trampın milli təhlükəsizlik üzrə köməkçisi vəzifəsinə təklif etdiyi konqresmen Mayk Vals Ukraynanın Rusiya ərazisinə Qərbin uzaqmənzilli silahlarının zərbələri ilə bağlı məhdudiyyətlərin aradan qaldırılmasının tərəfdarıdır.
Vals iddia edir ki, Rusiya rəhbərliyi ABŞ-nin şərtləri ilə Ukraynanın nizamlanmasına dair danışıqlardan imtina edərsə, Vaşinqton Kiyev rejiminə hərbi dəstəyi artırmalıdır.
Bundan əvvəl Vals Amerika Prezidenti Co Baydeni Rusiyanın dünya bazarlarına neft və qaz ixracına imkan verən “boşluqları bağlamaq üçün kifayət qədər səy göstərmədiyinə” görə tənqid edib.
Chosen
24
yeniavaz.com

1Sources