EN

Saymon Stil yerli icmaların və biznesin iqlim dəyişikliyi ilə mübarizədə rolunun gücləndirilməsinə çağırıb

Bakı. Trend:

Ölkələri real iqlim həllərinin qəbul edilməsi üçün qeyri-dövləttərəfdaşlarının – biznesin, yerli icmaların, şəhərlərin və vətəndaşcəmiyyətinin imkanlarından istifadə etməyə çağırıram.

Trend xəbər verir ki, bunuBMT-nin İqlim Dəyişiklikləri üzrə Çərçivə Konvensiyasının (UNFCCC)icraçı katibi Saymon Stil Bakıda COP29 çərçivəsində bildirib.

O, vədlərin reallığa çevrilməsi üçün əhəmiyyətli nəticələrinəldə olunmasının vacibliyini vurğulayıb və qeyri-dövləttərəfdaşlarını yerli səviyyədə fəaliyyət göstərməyə və dövlətinsəylərinə əlavə olaraq özəl maliyyəni cəlb etməyə verdikləritöhfəyə görə təqdir edib.

"Son üç ildə aparıcı şirkətlərin üçdə iki hissəsi təmizinvestisiyalarını artırıb", – deyə Saymon Stil qeyd edib.

O, şəhərlər və regionların vacib tərəfdaşlar halına gəldiyini,yerli səviyyədə kritik məlumat təqdim edərək, hökumətlərə fərdihəllər təklif etdiyini vurğulayıb.

İqlim dəyişikliyi ilə mübarizənin dayanıqlılığının artırılmasıməsələsini önə çəkən S.Stil, təbii mühafizə həlləri və davamlıtəchizat zəncirlərinin vacibliyini qeyd edib.

"Dünya dayanıqlılığa ehtiyac duyur, biznesləri və icmalarıuyğunlaşma tərəfdarları olaraq çıxış etməyə çağırıram", – SaymonStil.

UNFCCC-nin İcraçı katibi yekun olaraq hökumətləri növbəti milliiqlim planları mərhələsində bu əməkdaşlığı gücləndirməyəçağırıb.

"Birlikdə bu işi yerinə yetirə bilərik," – deyə o, qlobalmiqyasda iqlim böhranına qarşı mübarizədə birliyə çağırıb.

Xatırladaq ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrəÇərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cusessiyasının açılışı olub. Dünən isə Bakıda BMT-nin İqlimDəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının29-cu sessiyasının (COP29) Liderlər Sammitinin açılış mərasimikeçirilib.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanınbu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfəAzərbaycanda baş tutur.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunacaq.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Chosen
46
az.trend.az

1Sources