EN

Qapıları kilidlənən maşında 4 nəfər yanaraq öldü 

Kanadada qəzaya uğrayaraq “Tesla”nın qapılarının avtomatik kilidlədiyi üçün avtomobildə olan 4 nəfər yanaraq ölüb.

"Cebheinfo.az" xəbər verir ki, yoldan keçən şəxsin şüşəni sındırması nəticəsində 1 nəfər xilas edilib. Yanğın zamanı 25 yaşlı Neelraj Qohil, onun 29 yaşlı bacısı Ketaba Qohil və onların dostları Cey Sisodiya və Diqvijay Patel dünyasını dəyişib. 20 yaşlarında olan qadını hadisə yerindən keçən poçt işçisi Rik Harper xilas edib. Harper yaxınlıqda tapdığı metalla pəncərəni sındıraraq qadını son anda avtomobildən çıxara bilib. Harper güclü tüstü səbəbindən avtomobildə başqa insanların olduğunu görə bilməyib. Qəza zamanı elektrik kəsilməsi səbəbindən “Tesla” avtomobillərindəki elektron qapı sisteminin açılmadığı aydın olub. 

Mütəxəssislər “Tesla” istifadəçilərinə avtomobilin əl ilə açılma sisteminə malik olması barədə xəbərdarlıq ediblər. Lakin çox istifadə edilmədiyi üçün bəzilərinin bu xüsusiyyətdən xəbərsiz olduğu, qəza zamanı istifadənin məcburiliyi bildirilib. 

Chosen
32
cebheinfo.az

1Sources