EN

Deku "Barsa"ya "hə" deməyən Arauxo ilə bağlı vəziyyətə aydınlıq gətirdi

"Barselona"nın idman direktoru Deku formasını geyindiyi Kataloniya klubunun yeni müqavilə təklifini hələ müsbət cavablandırmayan müdafiəçi Ronald Arauxo ilə bağlı vəziyyətin nə yerdə olduğunu açıqlayıb.

Fanat.Az xəbər verir ki, onun sözlərini tanınmış insayder Fabritsio Romano şəxsi "X" hesabı üzərindən belə çatdırıb:

"Düşünürəm ki, Arauxo qalmaq, gələcək layihəmizin bir parçası olmaq istəyir. Hazırda bunun üzərində işləyirik. Ən vacib məqam odur ki, oyunçular ilə bizim ideyalarımız üst-üsə düşsün. Biz nə istədiyimizi bilirik, amma bu, hər zaman futbolçudan asılı olan məsələdir".

Qeyd edək ki, Arauxonun "Barsa" ilə indiki anlaşmasının müddəti 2026-cı ilin iyun ayının sonuna qədər nəzərdə tutulub. 

Nihat

Chosen
12
fanat.az

1Sources