EN

Nazir: "Bərpa olunan enerji layihələri üçün bütün imkanımızı səfərbər etmişik"

Azərbaycan bərpa olunan enerji resursları üzrə konkret layihələrin qısa müddətdə həyata keçirilməsi üçün bütün imkanlarını səfərbər edib.

Adalet.az xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov BMT-nin Ä°qlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində təşkil olunmuş "Nüvə enerjisi də daxil olmaqla aşağı karbon texnologiyasının maliyyələşdirilməsi" adlı tədbirdə deyib.

Azərbaycanın enerji ehtiyatları ilə zəngin ölkə olduğunu deyən nazir qeyd edib ki, ölkəmiz öz enerji ehtiyatlarını beynəlxalq bazara çıxarmaqda davam edir: "Biz bərpa olunan enerji mənbələrinin inkişafı və istifadəsinə də çox diqqət yetirmişik. Biz 2030-cu ilə qədər enerji istehsalımızda bərpa olunan mənbələrin payının 30,5 %-ə çatdırmağı və bunu daha da artırmağı hədəfləyirik. Amma biz bununla kifayətlənməyəcəyik. Biz bu fəaliyyətləri davam etdirmək və bərpa olunan enerji mənbələrimizdən daha çox istifadə etmək istəyirik. Çünki Xəzər dənizinin Azərbaycan sektorunda kifayət qədər çox alternativ enerji potensialımız var. Bütün bu resurslardan istifadə etməklə qlobal enerji təhlükəsizliyinə töhfə vermək istəyirik".

P. Şahbazov Azərbaycanın enerji sektorunda region ölkələri ilə əməkdaşlığına da toxunub: "Biz Avropa Ä°ttifaqına qədər uzanan "Yaşıl enerji dəhlizi" layihəsində iştirak edirik. Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında yaşıl enerji dəhlizləri ilə bağlı mühüm layihələrdə də iştirak edirik. Bu layihə ilə biz Azərbaycanı Mərkəzi Asiya ölkələri ilə birləşdirməyi hədəfləyirik. Bütün bu işlər enerji təhlükəsizliyi ilə yanaşı, enerji transformasiyasına da töhfə verəcək".

Chosen
17
adalet.az

1Sources