EN

Fatih Birol: "Nüvə enerjisi sahəsində inkişaf üçün iki əsas problem həll edilməlidir"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Nüvə enerjisi sahəsində inkişaf üçün iki əsas problem həll edilməlidir".
"Report" xəbər verir ki, bunu Beynəlxalq Enerji Agentliyinin rəhbəri Fatih Birol noyabrın 11-dən başlayaraq noyabrın 22-nə qədər Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi mələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində təşkil olunmuş "Nüvə enerjisi də daxil olmaqla aşağı karbon texnologiyasının maliyyələşdirilməsi" adlı tədbirdə bildirib.
"Problemlərdən biri bütün sahələrdə olduğu kimi maliyyə məsələsidir. Bununla əlaqədar Davos İqtisadi Forumunda geniş hesabatı müzakirə üçün təqdim edəcəyik. İkinci problem isə nüvə sənayesi ilə bağlıdır. Təəssüf ki, nüvə sənayesi iştirakçıları layihələri vaxtında və büdcəyə uyğun şəkildə təqdim etməklə bağlı çətinlik çəkir. Onlar bu istiqamətdə də fəaliyyətlərini tənzimləməlidirlər", - deyə o qeyd edib.
Chosen
118
33
oxu.az

10Sources